Dünya birjalarında neftin qiyməti ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:00 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 46 sent, yəni, 0,66% azalaraq 70.45$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 63 sent, yəni, 0,96% ucuzlaşaraq 66,37$-da qərarlaşıb.