6 C
Baku
Sunday, December 15, 2024

“iPhone X” modeli Apple kapitalizasiyasını $45 milyard həcmində endirib

Xəbər verdiyimiz kimi, Apple şirkəti istehlakçılar tərəfindən aşağı tələbat səbəbindən iPhone X modelinin istehsal planını azaldacaq.

Bu ilin I rübündə planlaşdırıldığı kimi 40 deyil, yalnız 20 milyon smartfon buraxılacaq. Strategiyanın yenidən nəzərdən keçirilməsinə səbəb iPhone X modelinin əsas tələbat bazarlarında – Avropa, Çin və ABŞ – zəif satılmasıdır.

Eyni zamanda, 8-ci seriyanın daha ucuz modellerinin istehsalı yanvar ayından mart ayına qədər olan dövr ərzində əvvəl planlaşdırıldığı kimi 30 milyon ədəd səviyyəsində qalacaq. Beləliklə, Apple şirkətinin yatırım etdiyi və buraxmağa tələsdiyi flaqman modeli hələ ki, ümidləri doğrultmur.

Uğursuzluqlar Apple kapitalizasiyasına təsirsiz ötüşə bilməzdi. Məhz iPhone X modelinə qarşı aşağı dərəcəli tələbatla bağlı ehtiyatlar Apple səhmlərinin dəyərinin enməsinə səbəb oldu. Belə ki, 1 həftə ərzində şirkətin bazar kapitalizasiyası 45 milyard dollar, yaxud 6%-dən çox enib.

Son xəbərlər
Digər xəbərlər