Ölkənin Nazirlər Kabinetinə əsasən verilən məlumata görə, Litva hökuməti bu həftə keçirilən yığıncaqda ölkə ərazisində avroya keçilməsi ilə bağlı qanun layihəsini qəbul etmişdir.
Maliyyə Nazirliyinin hesablamalarına görə, ölkədə avro 2015-ci ilin 1 yanvarından dövriyyəyə buraxılacaq. Lakin bununla yanaşı, qanun layihəsinin rəsmi olaraq nə vaxt qüvvəyə minəcəyi dəqiqləşdirilməyib.
Sənəd həmçinin Avropanın Mərkəzi bankına təqdim edilib. Sənəd qəbul edildiyi halda, Litva Baltikyanı ölkələrdən avroya keçən sonuncu ölkə olacaq. İlk dəfə Estoniya 2011-ci ildə Avropa valyutasını qəbul etmişdi.
Hazırda avrozonaya 18 iştirakçı-ölkə daxildir. Avropa İttifaqına daxil olan ölkələr sırasında hələ də avroya keçməyən ölkələr olaraq Polşa, Macarıstan, Ruminya və Bolqarıstan çıxış edir. Bütün bu ölkələr sonradan valyuta ittifaqına qoşulmaq barədə üzərlərinə öhdəlik götürmüşlər.