10 C
Baku
Friday, December 13, 2024

Bankların istifadə etdikləri hiylələr

Kreditin ödənilməsi.

Bu hiylənin məzmunu müştərinin kreditin son ödənişi köçürdəndə onu tamamilə ödəmir, banka daha bir neçə qəpik borclu qalır. Bu borcun necə qalmağı başqa bir məsələdir. Onu bir az sonra sizə təqdim edəcəyik. Əsas odur ki, bu borc qalır! Və bank bu qəpik-quruşun üzərinə faizlər, cərimələr əlavə etməyə başlayır. Təxminən üç il keçir (üç il məhdudiyyət müddətidir) və bank həmin şəxsdən onun krediti sonuna qədər ödəməsini tələb edir. Lakin artıq söhbət bir neçə qəpikdən deyil, küllü miqdardan gedir!

Belə bir hallara rast gəlmişik ki, krediti sonuna qədər ödəyən şəxsə yarım ildən sonra bankdan zəng edirlər və ona banka borclu qaldığını və artıq faizlərlə bir yerdə bu məbləğin bir neçə dəfə artdığını bildirirlər. Kredit götürən şəxs bütün ödənişləri etdiyini desə də heç kəsə heç nə sübut edə bilmir, çünki ödəniş haqqında qəbzləri çoxdan cırıb atıb.
Lakin əgər bank müştərisi qəbzləri saxlayıbsa və onları banka təqdim edə bilirsə, bankda kompüterin nasazlığına istinad edib müştəridən üzr istəyirlər.

Belə hallardan qorunmaq və bankın qurduğu hiylələrə düşməmək üçün kreditin son ödənişini edən zaman kreditin tamamilə bitməsi haqqında ərizə almaq kifayətdir. Həmçinin ödəniş haqqında bütün qəbzləri özünüzdə saxlayın.

Köhnə əmək haqqı kartı.

Ən çox yayılmış hadisələrdən biridir də budur ki, məsələn, insan hər hansısa səbəblərdən digər bankın xidmətlərindən istifadə etməyə başlayır. Köhnə bankın sıfırlanmış kredit kartlarını isə atır. Lakin bir müddətdən sonra (qapanmamış bank hesabında) mənfi balans əmələ gəlir – bank bir illik xidmətə görə pul çıxardıb. Daha sonra isə birinci bənddə qeyd etdiyimiz sxemə uyğun olaraq bu hesaba faizlər, cərimələr və s. əlavə olunur. Və nəhayət ki, külli miqdarda pul yığılandan sonra bank keçmiş müştəriyə zəng edir.

Belə bir hadisədən qorunmaq üçün siz sadəcə olaraq bankda öz hesabınızı bağlamalısınız. Və təbii ki, hesabın bağlanmasına aid ərizəni almağı unutmamalısınız.

Texniki overdraft.

Bu hiyləni bankirlər debet kartları ilə edirlər. Debet kartlarında onların hesabında olan məbləğdən daha çox pul çıxartmaq mümkündür. Yəni ki, bu hiylə overdraft quraşdırılmış bank kartları ilə edilir. Nəzərə almaq lazımdır ki, overdrafla faizlər çox yüksək ola bilər. Həmçinin overdraftı adi kreditdən fərqli olaraq hissə-hissə deyil, dərhal ödəyib bağlamaq lazımdır.

Bizə belə bir hadisə məlumdur ki, overdraftı olan bir şəxs hesabından 870 manat çıxartmalı idi. Lakin bankomat dəyəri 100 manatdan az olan vərəqəsi olmadığı üçün ona 900 manat təklif edir. Həmin şəxs razılaşır, pulu çıxardır və hesaba mənfi işarə gedir. Qısa bir zamandan sonra bu 30 manatlıq mənfi hesab 300 manata çevrilir.

Belə bir hadisədən qorunmaq və bankların qurduğu hiylələrə düşməmək üçün telefonunuza sms- bank quraşdırın. Lakin sms-bank xidmətinin də ödənişli olduğunu nəzərə alın.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.