“Beynəlxalq Büdcə Tərəfdaşlığı” (IBP) təşkilatı 2017-ci il üzrə Açıq Büdcə İndeksini açıqlayıb. Azərbaycanın mövqeyi 2016-cı ilin səviyyəsinə qədər pisləşib.
Azərbaycan ötən ilin yekununda Açıq Büdcə İndeksində 100 mümkün baldan cəmi 34 bal toplayaraq büdcə şəffaflığı kifayət qədər olmayan 4-cü kateqoriyaya – minimal məlumatın mümkünlüyü kateqoriyasına daxil olub. Müqayisə üçün deyək ki, qonşu Gürcüstan 82 balla 115 ölkə arasında beşinci yeri tutub. Azərbaycan 77-ci yerdədir. Madaqaskar (34 bal) və Trinidad və Tobaqo (33 bal) ölkəmizin qonşularıdır.