11 C
Baku
Monday, November 25, 2024

AGBank yenə qazana bilmədi. Yığılmış zərəri 67 mln. manatı ötdü

“AGBank” ASC-nin cəmi aktivləri 1 il ərzində 31,6 mln. manat kiçilib.

Banker.az xəbər verir ki, bu barədə Bankın 2017-ci ilin illik maliyyə göstəricilərində deyilir.

Hesabat dövrünün əvvəlində 520 mln. manat olan cəmi aktivləri azalaraq  488 mln. manat həcminə düşüb. Bununda  282,9 mln. manatı müştərilərə verilən kreditlərdir.

Lakin, “AGBank”da olan müştərilərin əmanətlərində 340 min manatdan çox artım qeydə alınmqla portfeli 217 mln. manat təşkil edib. Bankın Mərkəzi Bank qarşısındakı 40 mln. manatlıq öhdəlik qalmaqdadır.

Hesabat dövrü ərzində “AGBank”ın cəmi öhdəlikləri azalaraq 441,23 mln. manatda qərarlaşıb.

Bankın cəmi kapitalı da kiçilib. Belə ki, ötən ilin əvvəli ilə müqyisədə sonunda 6,63 mln. manat kiçilərək 47,17 mln. manat təşkil edib.

Hazırda bankda məcmu kapitalın adekvatlıq əmsalı 10%-dir.

Yığılmış zərəri artmaqdadır

“AGBank”ın ümümi faiz gəlirləri ötən il ərzində 23,06 mln. manat təşkil edib ki, bu da hesabat dövründən əvvəlki dövürlə müqayisədə 41% daha az gəlir əldə etməsi demədir. Qeyd edilən bu gəlir maliyyə təşkilatının xərclərini qarşılya bilməməklə, əksənə, əlavə 6,687 mln. manat olub. Məlumat üçün bildirək ki, 2016-cı ildə xalis zərəri 35,629 mln. manat idi.

Beləliklə, AGBank-ın balansında illərdən yığılmış zərər artaraq 67,178 mln. manat olub. Bununda 60,491 mln. manatı əvvəlki illərə aid edilir.

Xatırladaq ki, “AGBank” ASC-nin səhmləri Beynəlxalq Maliyyə Korporasiyası – 4,28%, Kazimir Partners şirkəti – 2,45%, Əsədulla Çingiz (ailə üzvləri daxil olmaqla) – 33,57%, Yusufov Fərzulla (ailə üzvləri daxil olmaqla) – 5,79%, Marçenko Qriqoriy – 8.30% məxsusudur.

Bankın səhmdarların ümumi sayı 83 , minaritariyaların sayı 82 onların ümumi payları – 66,43%-dir.

Son xəbərlər
Digər xəbərlər