7 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın 5 dövlət qurumu valyuta rejimi ilə bağlı müzakirələr apardı

30 yanvar 2018-ci il tarixində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tətbiqi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılması məqsədilə “Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklərin edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Banker.az xəbər vüerir ki, tədbirdə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası, Mərkəzi Bank, Apelyasiya Məhkəməsi, Dövlət Gömrük Komitəsi, Azərbaycan Banklar Assosiasyasının nümayəndələri və sahibkarlar iştirak ediblər.

“Azərbaycan Respublikasının rezident və qeyri rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nda 4.3.1.3. maddəsində nəzərdə tutulmuş müddət müzakirələrə səbəb olub.

Sahibkarlar valyuta rejimi ilə bağlı yaşanan problemlərə çözüm gətirmək məqsədilə bir sıra təkliflər səsləndiriblər. Bildiriblər ki, malların ölkəyə idxalını təsdiq edən gömrük bəyənnaməsi və ya idxal olunan xidmətlərin göstərilməsinin təsdiq edən sənəd 180-gündən gec banka təqdim olunduqda problemlər yaranır. Bu müddətin əvəzinə qaydalarda daha uzun müddətin nəzərdə tutulması sahibkarlar tərəfindən təklif olunub.

Qeyd edək ki, sahibkarların təklifləri aidiyyatı dövlət qurumları tərəfindən qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər