Rusiya dövlət bankının Azərbaycandakı törəməsi “Bank VTB (Azərbaycan)” ASC ötn ili mənfəətlə bitirməyi bacarıb.
Banker.az bu barədə adıçəkilən bankın 2017-ci ilin illik hesabatında deyilir.
Məlumata görə, “Bank VTB (Azərbaycan)”ın ötən il ərzində ümumi faiz gəlirləri 12,448 mln. manat olmaqla 4,753 mln. manat xalis gəlir əldə edib.
“Bank VTB (Azərbaycan)”ın cəmi aktivləri 1 yanvar 2018-ci il tarixinə 397,211 mln. manat təşkil edib. Bunun da 281,176 mln. manatı kredit portfelidir. Bu ilin əvvəli ilə müqayisədə bir qədər azalması deməkdir.
Müsbət göstəricilərdən biri bankın əmanət portfelində gözə çarpır. Belə ki, müştərilər tərəfindən bank etimadını artıraraq ötən il ərzində portfeli 10%-ə yaxın artıraraq 47 mln. manat edib.
Bankın öhdəlikləri 10% azalaraq 357 mln. manat təşkil edib.
“Bank VTB (Azərbaycan)”ın cəmi kapitalı hazırda 40,117 mln. manat təşkil edir ki, bu da il ərzində 11% böyümə deməkdir.
Məlumat üçün bildirək ki, “Bank VTB”nin Azərbaycandakı törəmə bankı “Bank VTB”nin kapitalını 265 milyon manata və ya dollarla ifadədə $157 milyona qədər artıracaq.