8 C
Baku
Friday, December 13, 2024

Fujifilm şirkəti Xerox üzərində nəzarət əldə edəcək

Banker.az Bloomberg agentliyinə istinadən xəbər verir ki, Yaponiyanın Fujifilm Holdings Corp. 18 milyard dollarlıq şirkət yaratmağa imkan verən müqavilə çərçivəsidə Amerikanın Xerox Corp. şirkəti üzərində nəzarət əldə edir.

Bazar dəyəri 8,3 milyard dollar təşkil edən Xerox şirkəti layihə çərçivəsində Xerox və Fujifilm ortaq müəssisəsinin tərkibinə daxil olacaq.

Xerox səhmdarları 2,5 milyard dollar həcmində xüsusi pul dividendləri əldə edəcəklər və birləşmiş şirkətin 49,9%-nə sahib olacaqlar.

Həmçinin şirkətdən verilən məlumata görə, Fujifilm restrukturizasiya həyata keçirdiyindən bütün dünya üzrə 10 min əməkdaşını ixtisar edəcək.

Birləşmiş yeni şirkət Fuji Xerox səhmləri Nyu-York fond birjasında ticarətdə iştirak edəcək. Şirkətin baş qərargahı isə Noruolkda (Konnektikut) və Tokioda yerləşəcək.

Son xəbərlər
Digər xəbərlər