Azərbaycanlı milyarder Mübariz Mənsimovun həyat yoldaşı məhkəməyə boşanmaq iddiası ilə çıxış etmiş və milyarderdən 3 milyard dollar təzminat tələb istəmişdir.
Türkiyə vətəndaşı, “Palmali” şirkətlər qrupunun sahibi Mübariz Mənsimov hətta Forbes jurnalının reytinqində də özünə yer almışdır. 13 il əvvəl o Tamara Mənsimova ilə ailə həyatı qurmuşdu. Onların 3 övladı var.
Verilən məlumata görə, onların boşanmasına səbəb Mübariz Mənsimovun Azərbaycanda sahib olduğu jurnallardan birinin redaktoru ilə yaşadığı münasibətlərdir. Bu redaktor xanımın adı isə Ülviyyə Qasımova olaraq göstərilir.
Bu haqda xəbər tutan Tamara Mənsimova boşanmaq üçün məhkməyə müraciət etmişdir. Həmçinin qadın milyarder ərindən 3 milyard dollar təzminat tələb edir. Qadın həmçinin ərinin bakılı sevgilisindən də 500 min dollar təzminat tələb edir.
Boşanmaq haqqında iddianı öyrəndikdə Mənsimov iki polisin müşayiəti ilə həyat yoldaşının Beşiktaşdakı villasına yollanır. O qarajdan “Bentley” və “Audi” avtomobillərini götürərək getmişdir.
Həmçinin verilən məlumatlara görə, Mübariz Mənsimovun yoldaşı onun sevgilisini hələ keçən ildən məhkəməyə verib. O öz iddiasında bildirmişdi ki, Ülviyyə Qasımova onlara rahat yaşamağa imkan vermir və ondan 500 min dollar təzminat tələb etmişdi.