11 C
Baku
Monday, November 25, 2024

Prezident seçkilərinin tarixi dəyişdirildi – Apreldə olacaq

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Banker.az bu barədə Prezidentin sərəncamına istinadən xəbər verir.

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.” -deyə məlumatda deyilir.

Qeyd edək ki, hazırda “Yeni Azərbaycan Partiyası” tərəfindən namizədliyini irəli sürən İlham Əliyev Azərbaycan Respublikasının Prezidentidir. O, 2013-cü ildə təyin olunmuş seçkilərdə qalıb gələrək 3-cü dəfə bu posta başçılıq edir.

Son xəbərlər
Digər xəbərlər