8 C
Baku
Friday, December 13, 2024

İnvestorları ən çox məyus edən kriptovalyuta müəyyənləşib

“Ripple”, investorları ən çox məyus edən kriptovalyuta adını qazanmağa real namizəddir.

Bu barədə məlumat “CoinDesk” kriptovalyuta xəbər saytında yer alıb.

Qeyd edək ki, “Ripple”in qiyməti yanvar ayının 4-də 3,81 dollara qədər yüksələrək tarixi rekord səviyyəyə çatıb. Daha sonra onun məzənnəsi kəskin azalmağa başlayıb və fevralın 2-də 0,63 dollar təşkil edib. Bu da tarixi rekord səviyyədən 6 dəfə və ya 83% azalma deməkdir.

“CoinDesk”ə görə, “Ripple”ın kəskin artmasına səbəb, onun “CoinBase” platformasına daxil ediləcəyi ilə bağlı xəbərlər olub. Lakin “CoinBase” hələ də onu platformasına daxil etməyib. Nəticədə, satışlarla üzləşən kriptovalyuta bazarının da təsiri ilə “Ripple” ən çox qiyməti düşən rəqəmsal valyuta olub. Mütəxəssislər, “Ripple”ı kriptovalyutadan çox hesablaşma sistemi platforması kimi qəbul edirlər. Onun əsas məqsədi kimi bank infrastrukturuna inteqrasiyası hesab edilir. Hazırda “Ripple” 0,82 dollara satılır. Dövriyyədə 39 mlrd. ədəd, ümumilikdə isə 100 mlrd. ədəd “Ripple” mövcuddur.

Hazırda dünyanın tanınmış banklarından “Akbank” (Türkiyə), BBVA (İspaniya), CIBC (Kanada), “Mitsubishi UFJ Financial Group” (Yaponiya), “National Australia Bank”, “National Bank of Abu-Dhabi”, “Bank Santander” (İspaniya), “Standart Chartered” (B.Britaniya), “UniCredit Group” (İtaliya) və “Deloitte” “Ripple”dan aktiv istifadə edir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər