3 C
Baku
Saturday, December 14, 2024

Sürücülər icbari siğorta müqaviləsini necə yoxlaya bilər? – Azərbaycanda

Hazırda avtonəqliyyat vasitəsi sahibləri İcbari Sığorta Bürosunun (İSB) təqdim etdiyi bir neçə üsuldan istifadə edərək öz icbari sığorta müqavilələrinin qüvvədə olub-olmamasını yoxlaya bilər. Bu üsullar aşağıdakılardır:

1) https://yoxla.isb.az veb-saytı

Bu sayta daxil olmaqla sürücülər öz avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını və ya sığorta müqaviləsinin nömrəsini müvafiq xanaya daxil etməklə avtomobilin icbari sığorta müqaviləsinin qüvvədə olub-olmamasını öyrənə bilər.

2) 9707 SMS Məlumat Mərkəzi

Avtonəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrəsini və ya icbari sığorta müqaviləsinin nömrəsini mobil telefon vasitəsilə 9707 qısa nömrəsinə göndərməklə də icbari sığorta müqaviləsinin qüvvədə olub-olmaması barədə məlumat almaq olar. Qeyd etmək lazımdır ki, 9707 nömrəsinə göndərilmiş bir SMS-ə görə mobil operator tərəfindən nömrənin balansından 0,16 AZN məbləğində xidmət haqqı tutulur.

3) Müqaviləyə dair sistemdən kağız daşıyıcıda çıxarış

İcbari avtoməsuliyyət sığortası müqavilələri elektron formada bağlandığından, hər bir sığortalı öz sığorta şirkətinə müraciət edərək icbari sığorta müqaviləsinə dair məlumatların əks olunduğu kağız daşıyıcıda çıxarışı tələb edə bilər. Həmin çıxarışda müqavilənin qüvvədə olub-olmaması və hansı tarixədək qüvvədə olması, habelə müqavilənin predmeti olan avtonəqliyyat vasitəsinə, sığortalıya və sığortaçıya aid məlumatlar əks olunur. Bu çıxarışın bir üstünlüyü də odur ki, onu əldə etməklə sığortalılar icbari sığorta müqaviləsini bağladıqları zaman sığorta vasitəçisinin bütün məlumatları düzgün şəkildə sistemə daxil edib-etmədiyini də yoxlamaq imkanı qazanmış olurlar.

Qeyd etmək lazımdır ki, çıxarışdan fərqli olaraq, internet (yoxla.isb.az) və SMS (9707) vasitəsilə müqavilənin yoxlanılması zamanı icbari sığorta müqaviləsinin hansı tarixədək qüvvədə olması barədə məlumat sistem tərəfindən təqdim edilmir, bu isə ona görədir ki, internet və SMS-lə yoxlama üsulları kütləvi istifadə üçün nəzərdə tutulmuşdur, qeyd edilən məlumat isə sığortalıya aid fərdi məlumat olduğundan qanunvericiliyə əsasən sığorta sirri hesab olunur və yalnız sığortalının özünə təqdim edilir.

Yuxarıda təsvir edilən icbari sığorta müqavilələrinin yoxlanılması üsulları ilə həmçinin Büronun hazırladığı növbəti maarifləndirici videoçarx vasitəsilə tanış olmaq mümkündür:

Son xəbərlər
Digər xəbərlər