Maliyyə Rəhbəri
Vəzifə öhdəlikləri:
1.Maliyyə şöbəsinin fəaliyyətinə rəhbərlik edir, şöbənin struktur vahidlərinin iş fəaliyyətini tənzimləyir və onlara nəzarət edir;
2.Şirkətin ümumi büdcəsinin tərtibinə, büdcəyə nəzarət hesabatlarını hazırlanmasına və daim təkmilləşdirilməsinə rəhbərlik edir, proqnozlarının icra hesabatlarının alınmasını təmin edir və konsolidə edilməsini təşkil edir;
3.Büdcə proqnozlarının icrasına nəzarət edir;
4.Maliyyə hesabat formalarının hazırlanması və mütəmadi təkmilləşdirilməsinə rəhbərlik edir, Şirkətin ümumiləşdirilmiş rüblük və illik maliyyə hesabatlarının tərtibini təmin edir, nəticələrini təhlil edir;
5.Həyata keçirilən təsərrüfat əməliyyatlarının Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasını, əmlakın hərəkətinə və şirkətin öhdəliklərinə nəzarəti təmin edir;
6.Tenderdə iştirak üçün sənədlərin hazırlanmasını təmin edir;
7.Balans və balansdan kənar hesablar üzrə aparılan əməliyyatlara nəzarəti həyata keçirir;
8.Şirkətin gəlir və xərclər, debitor və kreditorlar hesabının tərkibi barədə məlumatların hazırlanmasını təmin edir;
9.Büdcə icrası nəticələri ilə maliyyə hesabatlarının nəticələrini müqayisəli təhlil edir;
10.Şirkətin bank hesablarının qalıqları, gündəlik əməliyyatları barədə, rəhbərliyə məlumat verilməsini təmin edir;
11.Xarici və daxili audit yoxlamalarının həyata keçirilməsi üçün tələb olunan işləri həyata keçirir;
12.Audit yoxlamaları nəticəsində uçot və hesabatlarda aşkara çıxarılmış nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır;
Namizədə olan tələblər:
1.Ali təhsil;
2.Ən azı 3 il iş təcrübəsi;
3.Beynəlxalq Maliyyə Hesabat Sistemini (İFRS) bilmək;
4.Azərbaycan/ rus dillərini bilmək;
5.MS Office və 1C proqramlarını bilmək;
6.İdarəetmə bacarığı, liderlik, dəqiqlik və punktuallıq.
İş qrafiki:Həftənin 5 günü
Tibbi sığorta təqdim edilir
E-mail: [email protected]