“Fitch” beynəlxalq reytinq agentliyi “Pasha Yatırım Bankası A.Ş.”nin milli valyutada uzunmüddətli reytinqini “BBB+”, reytinq üzrə proqnozunu isə “stabil” səviyyəsində təsdiqləyib.
Bu barədə agentliyin internet səhifəsində məlumat verilib.
Xatırladaq ki, “PAŞA Yatırım Bankası” “Paşa Bank” ASC-nin Türkiyənin “Aksoy Holding”inə məxsus “TAİB Bank”ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.