21 C
Baku
Tuesday, October 8, 2024

Amerika ştatlarının adlarının mənşəyi

Alabama

Mənşəyi dəqiq məlum deyil. Belə hesab edilir ki, bu söz Krik hinduların dilindən əmələ gəlib «Qəbilə şəhəri» deməkdir.

Alaska

Alakshak sözünün digər bir variantı. “Böyük torpaqlar”  və yaxud “yarımada” mənasını daşıyır.

Arizona

Arizuma sözünün ispan versiyası. “Gümüş daşıyan” mənasını daşıyır.

Arkansas

Siu hinduların Acansa sözünün fransız variantıdır. Bu söz “axının aşağı hissəsi” deməkdir.

California

İspaniyalı səyahətçilərdən gəlir.

Colorado

Bu sözün mənşəyi «qırmızıya boyanmış»  – ispan ifadəsinə əsaslanır.

Connecticut

Hindu sözü Quinnehtukqut-dan gəlir. Mənası isə “böyük coşğun çayın sahilində” deməkdir.

Delaware

1610-cu ildə Virciniyanın qubernatoru ser Tomas Uestanın (Lord De La Warr) şərəfinə adlandırılıb.

Florida

1513-cü ildə Pasxa gününün şərəfinə adlandırılıb. Tərcümədə «Güllü pasxa» deməkdir.

Georgia

İngilis kralı II Georqun şərəfinə adlandırılıb.

Hawaii

Yəqin ki, yerli Owhyhee sözündən əmələ gəlib. Həmin söz tərcümədə Vətən deməkdir.

Idaho

Yerli hinduların dilində «dağların qiymətli daşı» deməkdir.

Illinois

Hinduların dilindən əmələ gəlib və “hərbçilər” və yaxud “yaxşı insanların qəbiləsi” deməkdir.

Indiana

Bu söz tərcümədə “Hinduların torpağı” mənasını verir.

Iowa

Hindu qəbiləsinin adıdır.

Kansas

Hinduların Siu qəbilələrinin sözüdür və «cənub küləyinin insanları» mənasını daşıyır.

Kentucky

Hinduların dilində «sabahkı torpaq» deməkdir.

Louisiana

Fransızlar tərəfindən XIV Lüdovikin şərəfinə adlandırılıb.

Maine

Ehtimal edilir ki, ingilis «Main» sözünün dəyişilmiş variantıdır və «əsas» mənasını daşıyır.

Maryland

I Çarlzın yoldaşı Mariya- Henriettanın şərəfinə adlandırılıb.

Massachusetts

Hinduların dilindən tərcümədə «Böyük təpənin yanında» deməkdir.

Michigan

Hinduların meicigama sözündən mənşəyini götürür və “böyük su” mənasını daşıyır.

Minnesota

Dakota hindularının sözüdür. «Göy üzü ilə örtülmüş su» mənasını verir.

Mississippi

Hindu Misi-ziibi çayının adının fransız variantıdır. Tərcümədə “böyük çay” deməkdir.

Missouri

Öz mənşəyini Siu hindularının dilindən götürür.

Montana

«Dağlı» mənasını verən ispan sözündən əmələ gəlib.

Nebraska

Otos hindularının sözündən əmələ gəlib və «yavaş çay» mənasını verir.

Nevada

İspan sözüdür, «qar ilə örtülmüş» mənasını daşıyır.

New Hamshire

İngilis qraflığı Hempşirin şərəfinə adlandırılıb.

New Jersey

Cersi adasının şərəfinə adlandırlıb.

New Mexico

Mexico astek hindularının sözüdür və «Meskitlinin yeri» mənasında istifadə edilirdi. Meskitli hindu tanrılarından biri olub.

New York

İngilis şəhəri Yorkun şərəfinə adlandırlıb.

North/South Carolina

İngilis kralı I Çarlzın şərəfinə adlandırılıb.

North/South Dakota

Siu dilində «dost» deməkdir.

Ohio

İrokez hindularının sözüdür və «səxavətli çay» deməkdir.

Oklahoma

Çoktau hindularının “okla humma” ifadəsindən əmələ gəlir və «qırmızı insanlar» mənasını daşıyır.

Oregon

Bu sözün mənşəyi məlum deyil.

Pennsylvania

Müstəmləkəçi Uilyam Pennin şərəfinə adlandırılıb.

Rhode Island

İtaliyalıların Rodos adasına verdiyi adın – isola di Rhode – ingilis dilinə tərcümə olunmuş variantı.

Tennessee

Çeroki hindularının Tanasi kəndlərinin şərəfinə adlandırılıb. Çaylardan biri də bu cür adlanılır.

Texas

Kaddo hindularının sözündən əmələ gəlib və «dostlar», «həmrəylər» mənasını daşıyır.

Utah

Hinduların yuttahih sözündən əmələ gəlib və “üstün olan” mənasını verir.

Vermont

Fransız sözü Verd Mont-dan əmələ gəlib və “yaşıl dağ” mənasını dayışır.

(West) Virginia

İngilis sözü virgin-dən əmələ gəlib və “bakirə” mənasını verir. Bu ad ingilis kraliçası I Yelizavetanın şərəfinə verilib.

Washington

ABŞ-ın ilk prezidentinin şərəfinə adlandırılıb.

Wisconsin

Ouisconsin hindu sözündən əmələ gəlib və “otlu yer” mənasını verir.

Wyoming

Hinduların sözündən əmələ gəlib və «böyük çöl» mənasında işlənilir.

Son xəbərlər
Digər xəbərlər