7 C
Baku
Thursday, December 12, 2024

İllüstrasiya və Qrafik üzrə Dizayner – Nar

İllüstrasiya və Qrafik üzrə Dizayner

Vakansiya haqqında

Departament: Marketinq
Şöbə: Marketinq Ünsiyyət Vasitələri
İş qrafiki: Standart
İş müddəti: Daimi
İş yeri: Port Baku Cənub Qülləsi
Son müraciət tarixi: 23.02.2018

Sizin əsas vəzifə öhdəlikləriniz

*Kreativ briflərə əsasən biznesin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
*Brendin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək
*Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək
*İl ərzində müəyyən olunmuş vaxt çərçivəsində brendin vizual qaydalarına uyğun olaraq layihələri həyata keçirmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi

*Ali Təhsil
*Dizayn və reklam sahəsində 3-5 il iş təcrübəsi (reklam agentliyində iş təcrübəsi üstünlük hesab olunur)

Sizdən tələb olunan bacarıq və səriştəliklər

*Komanda işi və əməkdaşlıq
*Son trendlərin izlənilməsi
*Dəqiqlilik
*Kreativlik
*Detallara yönümlülük
*Müştəri yönümlülük
*Nəticə yönümlülük
*Davamlı təkmilləşmə
*Stresə davamlılıq
*Azərbaycan və İngilis dillərini səlis bilmək (Rus dili biliyi üstünlük hesab olunur)
*Adobe Creative Cloud (Photoshop, Illustrator etc.), CorelDraw proqramlarını bilmək ( Sketch bilikləri üstünlük hesab olunur)
*Dizayn və reklam sahəsində peşəkarlıq

Müraciət etmək üçün

CV-nizi və portfolionuzu [email protected] e-mail ünvanına göndərməyinizi xahiş edirik.
Başlıqda ‘’İllüstrasiya və Qrafik üzrə Dizayner’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Son xəbərlər
Digər xəbərlər