6 C
Baku
Sunday, December 15, 2024

“Mercedes”, “BMW”, “Porsche”, “Range Rover” avtomobillərinin bazarda payı azalıb

Ötən illə müqayisədə 2018-ci ilin ilk aylarında maşın bazarında qiymətlər aşağı enib. Eyni zamanda, Azərbaycanda yeni model premium sinif üzrə avtomobil markalarının satış həcmi azalıb.

Bu barədə danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib ki, qiymət azalması bütün növ nəqliyyat vasitələrində müşahidə edilir:

“2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 7 faizə qədər azalıb”.

“Qiymət ucuzlaşması müvəqqətidir”

Ekspert deyib ki, hazırda müşahidə edilən qiymət ucuzlaşması qısa müddətlidir:

“Çünki qarşıda avtomobillərin idxalı gözlənilir. İdxaldan sonra qiymətlərin yenidən bahalaşacağı ehtimal olunur. Ümumilikdə bu il Azərbaycanda iqtisadi artım gözlənilir, o cümlədən də vtomobil idxalında. 2017-ci ildə Azərbaycana 30 min avtomobil idxal olunub. Ehtimallara görə, ötən illə müqayisədə bu il 30 faiz çox avtomobil idxal ediləcək. Bu il 40 min və daha çox avtomobil idxalı gözlənilir”.

“Avtomobillər 5-6 min manatadək bahalaşıb”

R.Osmanlının sözlərinə görə, ümumilikdə 2015-ci il devalvasiyalarından sonra avtomobil bazarında qiymətlərin yüksəlməsi qeydə alınıb:

“Ötən ilin noyabr-dekabr aylarında, eyni zamanda 2018-ci ilin ilk on günündə qiymətlər artan templə davam edirdi. Buna aksiz vergisi ilə bağlı aparılan müzakirələrin təsiri oldu. Yanvarın 10-dan etibarən bazarda sabitlik yarandı və qiymətlər enməyə başladı. Azalama məhz həmin dövrlə müqayisədədir. Devalvasiyadan əvvəlki qiymətlərlə müqayisədə hazırda maşın bazarında bahalaşma pik həddədir.Avtomobillər markasından asılı olaraq 5-6 min manatadək bahalaşıb”.

“Mersedes” liderliyi itirir…

Ekspert bildirib ki, ilkin bazarda tələbat daha çox 4 marakayadır:

“Bunlar “Tayota”, “Nissan”, “Hundai” və “KİA” avtomobilləridir. Avtomobil parklarının yenilənməsi təkrar bazarda “Mersedes”in mövqelərini zəiflətməkdədir. 2-3 il əvvəl təkrar bazarda “Mercedes”lərin payı 35 faiz təşkil edirdisə, hazırda 20 faizə qədər düşüb.

Avtomobillər bazarın tələbindən və zövqdən asılı olaraq ölkəyə gətirilir. Qiyməti yarım milyona qədər ölçülən bahalı avtomobillərdən “Mercedes-benz”, “BMW”, “Porsche”, “Range Rover”, “Lexus”a maraq daha çoxdur. Əvvəlki illərlə müqayisədə bu cür avtomobillərə tələb azalıb. Ölkəyə idxal olunan avtonəqliyyat vasitələrində 2013-2014-cü illərdə bahalı avtomobillərin payı 10-15 faiz təşkil edirdisə, hazırda rəqəm 5-6 faiz arasındadır. Səbəb devalvasiyadan sonrakı proseslərin təzahürüdür”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər