11 C
Baku
Tuesday, November 26, 2024

ExxonMobil Azərbaycanın ən böyük layihələrindən birinin səhmdarı oldu

Amerikanın ExxonMobil neft şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərini idarə edən BTC Co. səhmdarlarının tərkibinə daxil olub.

Banker.az xəbər verir ki, bu barədə BP-nin 2017-ci ildə Azərbaycanda fəaliyyətinin yekunlarına dair hesabatında deyilir.

ExxonMobil CIECO şirkətinin 2,5% səhmini alıb. Sövdələşmə artıq baş tutub.

Qeyd edək ki, hazırda, BTC Ko.-nun səhmdarları BP (30,10%); AzBTC (25,00%); Şevron (8,90%); Statoyl (8,71%); TPAO (6,53%); Eni (5,00%); Total (5,00%), İTOÇU (3,40%); İNPEKS (2,50%), EksonMobil (2,50%) və ONGC (BTC) Limited (2,36%) şirkətləridir.

2017-ci il ərzində BTC üzrə əməliyyat xərclərinə təqribən 133 milyon dollar, əsaslı xərclərə isə 29 milyon dollar xərclənib.

1768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə ümümilikdə 383 milyon tondan artıq (təxminən 2,87 milyard barel) xam neft nəql edilmiş və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilmişdir.

2017-ci il ərzində isə BTC vasitəsilə təqribən 34 milyon ton (256 milyon barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

 

Son xəbərlər
Digər xəbərlər