13 C
Baku
Tuesday, May 7, 2024

Neft 2019-2020-ci illərdə ucuzlaşacaq, “Societe Generale” proqnozlaşdırır

ABŞ-da şist neft hasilatının artmağa davam etməsinə baxmayaraq, neftin qiyməti yüksələcək.

Bu proqnozla Fransanın “Societe Generale” bankı çıxış edib. Bankın hazırladığı hesabatda 2018-ci il üçün “Brent” markalı neftin orta qiyməti 62 dollardan 66 dollar/barelə, WTI neftinin qiyməti isə 58 dollardan 62 dollar/barelə yüksəldilib. Bu proqnozu ABŞ-ın “Sanford C. Bernstein” araşdırma şirkəti də dəstəkləyib.

“Societe Generale”in ekspertləri bildiriblər ki, ABŞ-ın neft hasilatında faktiki artım proqnozları üstələsə də, Venesuelanın neft hasilatındakı azalma da proqnozları üstələyir. Bank, qeyri-OPEC ölkələrində neft hasilatının ciddi şəkildə artacağını ehtimal edir. Lakin, OPEC+ anlaşmasının ilin sonuna qədər davam etməsi və dünya iqtisadiyyatında artımın sürətlənməsi əlavə neftin yaradacağı mənfi effekti kompensasiya edə biləcək.

“Societe Generale” 2018-ci ildə neft bazarının tarazlı vəziyyətdə olacağını, 2019-2020-ci illərdə isə dünya iqtisadiyyatında gözlənilən yavaşlama ilə qiymətlərin aşağı düşəcəyini proqnozlaşdırır.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər