9 C
Baku
Thursday, December 12, 2024

Google rəsmi olaraq Google Pay ödəniş xidmətini təqdim edir

Bu xidmət Android Pay xidmətini əvəz edəcək.

Google şirkəti Android Pay xidmətini avtomatik olaraq əvəz edəcək Google Pay ödəniş xidmətini təqdim edir. Şirkətin verdiyi məlumata görə, bu gün təqdim olunan proqram Google-da planlaşdırılanın yalnız bir hissəsidir.   

Google Pay Android Pay-da olan smartfonla təmassız ödəniş sistemi daxil olmaqla bütün funksiyaları özündə cəmləşdirəcək və Chrome brauzeri və Assistant rəqəmsal köməkçi də daxil olmaqla bütün məhsullarına Pay tətbiq ediləcək. Digər sayt və sistemlərə inteqrasiya üçün şirkət prosessinq üzrə təlimat və tərəfdaşların siyahısını dərc etdirmişdir.

Xidmətin “Xəritə” bölməsi olacaq.

Şirkətin açıqlamasına əsasən, – “Bu lazım olan hər şeyi bir yerdə saxlamaq üçün asan bir yoldur. Bu bölmədə siz  bütün kredit və debet kartları, loyallıq proqramları, təkliflər və hətta keçən ilki doğum günündən  qalmış bir çox hədiyyə kartlarını saxlayacaqsınız”.

Yeni xidmət İngiltərədə və ABŞ-da pul köçürmələri üçün istifadə olunan Google Wallet ödəniş sistemi ilə birləşdiriləcək.

Kiyev, London və Portland şəhərlərinin sakinləri artıq ictimai nəqliyyatda gediş haqlarının ödənişi üçün Google Pay-dan istifadə edə bilərlər. Gələcəkdə bu funksiya digər şəhərlər üçün də tətbiq olunacaq.

Rusiyada Google Pay-dan “çox yaxında” istifadə etmək mümkün olacaq, lakin dəqiq müddət haqda məlumat verilməyib.

Son xəbərlər
Digər xəbərlər