Dövlət Neft Fondunu xidməti avtomobillərini bu şirkətdən alacaq

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən malların və xidmətlərin satınalınması məqsədilə dərc edilmiş elanlar üzrə keçirilən 10 lotdan ibarət açıq tenderin 6 lot üzrə nəticələr məlum olub.

Banker.az bu barədə ictimayyətə açıqlanan məlumata istinad edir.

Bunlar aşağıdakılardır:

  1. İnzibati binanın təmizlik xidmətlərinin satınalınması üzrə qalib “Şeh” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 2018-ci il fevralın 1-də müvafiq satınalma müqaviləsi imzalanmışdır.
  2. Xidməti məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulan seqmenti D və ya E-yə, markası Yaponiya və ya Almaniyaya məxsus 2 ədəd minik avtomobilinin satınalınması üzrə qalib “Toyota Bakı Mərkəzi” MMC olmuşdur. Qalib şirkətlə 2018-ci il fevralın 6-da müvafiq satınalma müqaviləsi imzalanmışdır.
  3. Çap və nüsxələmə avadanlıqlarının kartric, toner və digər ehtiyat hissələrinin (HP və Xerox markaları üzrə) satınalınması üzrə qalib “Xeropc” MMC olmuşdur. Qalib şirkətlə 2018-ci il fevralın 1-də müvafiq satınalma müqaviləsi imzalanmışdır.
  4. İnformasiya texnologiyaları sistemlərinin üzərində çalışan virtual platforma üçün vendor texniki xidmətinin 1 il müddətinə uzadılmasının satınalınması üzrə qalib “Bakinity Distribution” MMC olmuşdur. Qalib şirkətlə 2018-ci il fevralın 6-da müvafiq satınalma müqaviləsi imzalanmışdır.
  5. Radware lisenziyalarının müddətinin bitmə vaxtının 1 il uzadılması xidmətinin satınalınması üzrə qalib “R.İ.S.K. Elmi İstehsalat Şirkəti” QSC olmuşdur. Qalib şirkətlə 2018-ci i fevralın 2-də müvafiq satınalma müqaviləsi imzalanmışdır.
  6. Dəyişikliklərin idarə olunması və təhlükəsizlik hadisələrinin monitorinqi xidmətinin (RSA sistemi ilə) satınalınması üzrə qalib “Evrodizayn” Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Qalib şirkətlə 2018-ci il fevralın 19-da müvafiq satınalma müqaviləsi imzalanmışdır.
Son xəbərlər
Digər xəbərlər