-3 C
Baku
Sunday, December 15, 2024

Maliyyə Nazirliyi sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb

Maliyyə Nazirliyi kiçik və orta sahibkarlıq subyektləri üçün təlimlərə başlayıb və ilk seminar Sumqayıt şəhərində keçirilib.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Tədbirdə KOS subyektləri tərəfindən Mühasibat Uçotunun Beynəlxalq Standartlarının tətbiqinin təşviqi və mühasibat uçotunun təşkili ilə bağlı müzakirələr aparılıb. Növbəti tədbirlərin Bakı şəhərində və respublikanın bölgələrində keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, təlimlər Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin 4.2.5-ci “Mühasibat Uçotunun Beynəlxalq Standartlarının Kiçik və Orta Sahibkarlıq (KOS) subyektləri tərəfindən tətbiqinin stimullaşdırılması” bəndinin icrasını təmin etmək məqsədi ilə keçirilir.

Son xəbərlər
Digər xəbərlər