“PAŞA Sığorta”nın məsul aktuarisi olmuş İlqar Haqverdiyev bu vəzifəni tərk edib.
Banker.az-a daxil olan məlumata görə, onu bu vəzifədə Orxan M. Məmmədli əvəz edib.
Xatırladaq ki, “PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” 24.11.2010-cu il tarixdə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.
Hazırda qurumun nizamnamə kapitalı 40.250.000 manatdır.