3 C
Baku
Saturday, December 14, 2024

Apple şirkəti rəqiblərini batareyasız qoydu 

Lityum-ion batareyaları tələb edən qadjet və cihazların sayı ildən-ilə artmaqdadır. Apple bu problemi həll etmək və öz enerji mənbələrini qorumaq qərarına gəldi.

Simsiz qulaqlıq, dron, telefon, elektrik maşınlar – hər birinin şarj olunan lityum-ion batareyalarına ehtiyacı var. Son illərdə onlara olan tələbat olduqca artıb, lakin bir problem meydana çıxır: bu batareyaların istehsalı üçün tələb olunan materiallar getdikcə azalır. Bu sahədə rəqabət Apple-in diqqətindən yayınmayıb və indi şirkət batareya istehsalı üçün xammalın fasiləsiz təchizatını özü üçün birbaşa təmin etmək qərara gəlib.

Bloomberg-in hesabatına əsasən, Apple hazırda növbəti beş il ərzində bir neçə min ton kobalt almaq üçün bir sıra mədən şirkətləri ilə danışıqlar mərhələsindədir.

Kobalt – lityum-ion batareyaları üçün əvəzsiz maddədir və mütəxəssislərin rəylərinə əsasən, bu metala olan tələbat növbəti on il ərzində ən azı iki dəfə artacaq.

Danışıqlar hələ bitməyib, lakin hətta hazırki mərhələdə bu danışıqlar Apple şirkətinin siyasəti üçün strateji çevriliş deməkdir. Əvvəllər şirkət batareyaları istehsalçılardan hazır şəkildə alırdı. İndi isə Apple kobaltın mümkün çatışmazlığı problemi (problemə şirkətin özü məhz bu danışıqlar ilə səbəb ola bilər) ilə əlaqədar narahatlığını açıq şəkildə bildirib və metal təchizatının fasiləsizliyini təqib etmək niyyətindədir.

Müqavilə baş tutarsa, bu, diqqətləri insan hüquqlarının pozulmasına dair çoxsaylı ittihamlara məruz qalmış kobalt çıxarma sənayesinə yönəldəcək. Təxminən iki il əvvəl kobalt hasilatı üçün uşaq əməyindən istifadə edildiyi ortaya çıxmışdı və belə qanunsuz hasilat metodları Apple, eyni zamanda Samsung və Sony tərəfindən istifadə edilən batareyaların istehsalı ilə əlaqələndirilirdi.

Son xəbərlər
Digər xəbərlər