“Turan Bank” ASC yeni “Gənc Sahibkar” Biznes Krediti və “Sahibkar Xanım” Biznes Krediti məhsulklarını bazara çıxararaq kredit məhsullarının sayını 19-a çatdırıb.
Banker.az bu barədə Bankın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, Bank mikro,kiçik və orta ölçülü ticarət, istehsalat, xidmət, kənd təsərrüfatı, digər sahələrdə fəaliyyət göstərən gənc iş adamlarını (“Gənc Sahibkar”) və işgüzar xanımlar üçün ( “Sahibkar Xanım” ) 500 – 30 000 AZN məbləğində olan biznes krediti məhsullarını bazara çıxarıb.
Ətraflı:
“Gənc Sahibkar” Biznes Krediti | ||
Kimlərə verilir | Mikro,kiçik və orta ölçülü ticarət, istehsalat, xidmət, kənd təsərrüfatı və.s sahələrdə fəaliyyət göstərən gənc iş adamları | |
Kreditin təyinatı | Dövriyyə vəsaitlərinin artırılması, əsas vəsait alınması və şəxsi istehlak xərclərinin ödənilməsi | |
Yaş həddi | minimum 20 yaş-maksimum 35 yaş | |
Məbləğ | 500 – 30 000 AZN | |
Müştərilərin istəyinə görə götürdüyü ümumi məbləğin 20%- i həcmində “Young businessman” kredit kartı HƏDİYYƏ | ||
Müddət | min. 3 ay – maks. 36 ay | |
Faiz dərəcəsi (illik) | minimum – 25 % | |
Bank komisyonu | Bank komissiyonu – 0% | |
Ödəniş forması | Aylıq və annuitet Qeyd: Kreditin təyinatı kənd təsərrüfatı olarsa vəziyyətdən asılı olaraq 6 ay-a qədər güzəşt müddəti |
|
Aylıq gəlirə tələb | Müştərinin orta aylıq xalis gəliri, ona veriləcək kreditin aylıq ödənişinin minimum 1.5 misli olmalıdır. | |
Kreditin təminatı | zaminlik və ya sərt girov təminatı ilə | |
F.İ.F.D. | minimum – 25.25%; maksimum – 33.23% |
“SAHİBKAR XANIM” Biznes Krediti | ||
Kimlərə verilir | Mikro, kiçik və orta ölçülü ticarət, istehsalat, xidmət, kənd təsərrüfatı və.s sahələrdə fəaliyyət göstərən işgüzar xanımlara | |
Kreditin təyinatı | Dövriyyə vəsaitlərinin artırılması, əsas vəsait alınması və şəxsi istehlak xərclərinin ödənilməsi | |
Yaş həddi | minimum 20 yaş-maksimum 65 yaş | |
Məbləğ | 500 – 30 000 AZN | |
Müştərilərin istəyinə görə götürdüyü ümumi məbləğin 20%- i həcmində “Business Lady” kredit kartı HƏDİYYƏ | ||