6 C
Baku
Saturday, December 14, 2024

“Citigroup” bu il qızılın qiymətinin artacağı qənaətindədir

ABŞ-ın nüfuzlu “Citigroup” maliyyə holdinqi qızıl daxil olmaqla, bəzi xammal növlərinə aid 2018-ci il proqnozlarını yüksəldib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Citigroup”un analitiki Hes Jansen (Heath Jansen) bildirib ki, qlobal iqtisadi artımda baş verən sürətlənmə və dolların məzənnəsindəki zəiflik fonunda yüksək inflyasiya xammal qiymətlərinin artmasına yol açacaq. Yaxın 3 ayda misin qiyməti 7 500 dollar/ton, sinkin qiyməti isə 4 000 dollar/ton təşkil edəcək.

“Citigroup” bu il qızılın qiymətinə dair proqnozunu isə 7% artıraraq orta hesabla 1 355 dollar/unsiyaya, 6-12 aylıq müddət üçün isə 1 385 dollar/unsiyaya çatdırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər