“Azercell Telecom” MMC mobil operatoru ili zərərlə bitirib.
Banker.az bu barədə mobil operatorun 1 yanvar 2018-ci il tarixina olan hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2016-cı il ilə meqayisdə 2017 ci ilin 4 rübünü 18,6 mln. daha çox ümumi gəlir əldə etsə də xərclərini qarşılaya bilməyib. Belə ki, “Azercell” ötən ili 19,4 mln. manat zərərlə bitirib.
Məlumat üçün bildirək ki, mobil operator 2016-ci ili 81,43 mln. manat xalis mənfəətlə başa vurmuşdu.
“Azercell”in ümumi aktivləri ilin əvvəli ilə müqayisədə 5,2 mln manat kiçilərək 916,35 mln. manat təşkil edib.
Hazırda cəmi kapitalı 828,74 mln. manat həcmindədir.