2013-cü ildə TuranBankın aktivləri 2012-ci illə müqayisədə 13,72% artaraq 246,864 mln. manat təşkil etmişdir. Hesabat tarixinə bankın kredit portfeli 2012-ci illə müqayisədə 11,76% artaraq 180,247 mln. manata çatmışdır.
Ötən il üzrə Bankın müştəri hesabları və depozit portfeli 108,2 mln. manat təşkil etmişdir. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətləri 2012-ci illə müqayisədə 23,5% artaraq 61,344 mln. manat olmuşdur.
2013-cü ildə Bankın nizamnamə kapitalı 44 mln. manat təşkil etməklə 2012-ci illə müqayisədə 46,67% artmışdır. Hesabat dövründə Bankın məcmu kapitalı 2012-ci ilə nisbətən 49,3% artaraq 50,489 mln. manata çatmışdır.
Bankın nizamnamə kapitalının strukturu ümumilikdə 28 səhmdar olmaqla – 6 hüquqi (29,11%) və 22 fiziki şəxsdən (70,89%) ibarətdir. Ötən il TuranBankın səhmlərin 3028 ədədini əldə edən ABŞ-ın ShoreCap II Ltd. Fondu 7,45% payla Bankın səhmdarları sırasına qatılmışdır. Bankın yeni səhmdarının əsas fəaliyyət istiqaməti inkişaf etməkdə olan ölkələrdə fəaliyyət göstərən banklara və maliyyə qurumlarına investisiya qoyuluşlarıdır.
2013-cü ildə Bankın gəlirləri 27,646 mln. manat, xərcləri isə 22,518 mln. manat təşkil etmişdir. Hesabat dövrü ərzində Bankın balans mənfəəti 5,128 mln. manat, xalis mənfəət isə 4,191 mln. manat olmuşdur.