9 C
Baku
Friday, December 13, 2024

MKR xidməti ASAN Xidmətdə

Ölkədə vətəndaşlara yüksək xidmət göstərməsi üçün yaradılan ASAN Xidmətdən növbəti bir yenilik. Artıq Mərkəzləşdirilmiş kredit reyestrindən verilən arayışları da ASAN Xidmətdən əldə etmək mümkündür.

Bildiyiniz kimi, Mərkəzləşdirilmiş kredit reyestri (MKR) borcalanlar və onların bank sistemindəki öhdəlikləri haqqında məlumatların toplandığı informasiya bazasıdır.

Statistikadan da göründüyü kimi MKR-in əhəmiyyəti ildən ilə artmaqdadır və onu da qeyd edək ki, banklar tərəfindən aparılan sorğuların sayı 2010-cu ildə təqribən 3.5 dəfə artmışdır.

Ən çox sorğu həyata keçirən banklar isə əsasən istehlak bazarında fəaliyyət göstərən banklardır. Bu da say etibarilə həmin banklar tərəfindən daha çox müraciətin qiymətləndirməsi ilə əlaqədardır.

Artıq sizin bu xidmətdən yararlanmağınız üçün MKR-dən cavab gözləməyinizə ehtiyac qalmayacaq. İndi ASAN Xidmətə yaxınlaşaraq da bu xidmətdən yararlanmaq mümkündür.

Belə ki, həm fiziki, həm də hüquqi şəxslər 1 Saylı Bakı ASAN Xidmətdən arayışları əldə edə bilərlər. Qeyd edək ki, xidmət üçün heç bir rüsum tələb olunmur.

Son xəbərlər
Digər xəbərlər