2 C
Baku
Saturday, December 14, 2024

Kimin istefasına görə 100 milyon dollar ödənildi?

Forbes-in verdiyi məlumata görə Yahoo! şirkətinin baş əməliyyat direktoru Henrique de Castro-ya istefasına görə 100 milyon dollar təzminat ödəniləcək. Bu təzminat şirkət tarixində ödənilən ən iri həcmli təzminat olacaq.

Nəşrin verdiyi məlumata görə, de Castro-nun Yahoo! şirkətini tərk etməsi üçün nəzərdə tutulmuş məbləğ onun şirkətdə keçirdiyi günlər əsasında hesablanmışdır. Lakin bununla belə təzminatın həcminin məhz bu qədər olduğu şirkət tərəfindən təsdiqlənməyib.

Həmçinin verilən məlumatlara görə, Castro-ya ödəniləcək məbləğ ABŞ-ın ən yüksək gəlirli şəxsi, Oracle rəhbəri Larri Ellisona ödənilən məbləği geridə qoyur. Belə ki, 2013-cü ildə Ellisona ödənilən məbləğ 70 milyon dollara yaxın idi.

De Castro Yahoo! şirkətində 15 ay müddətində işləyib. O şirkətə 2012-ci ilin oktyabr ayında Google-dan gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər