8 C
Baku
Friday, December 13, 2024

Zamin olmağın riskli tərəfləri

Statistikaya əsasən bank kreditlərinin çox fiziki şəxslərin zəmanəti əsasında verilir. Əgər borcalanın vicdansız olduğu üzə çıxarsa, yəni o pulu qaytarmaqdan imtina edərsə, kreditorlar pulu zamindən tələb etməyə başlayır və ya borcu borcalanın mülkiyyətinə yönəldir.

Borcun bağlanması ilə problem yarandığı təqdirdə bank hər iki borcalana qarşı iddia qaldırmaq hüququna malikdir. Məhkəmənin sonrakı qərarları müqavilədə əks olunmuş zaminin məsuliyyət dərəcəsinin ölçüsündən asılıdır. Əgər zamin öz şəxsi evi ilə borcalana zəmanət veribsə, həmin mülkiyyət hərraca çıxarıla bilər.

Əksər hallarda zamin qismində duran şəxsin məsuliyyəti ödəniləməli olan borcun pul ekvivalentinə bərabər olur. Pulları zamininin əməkhaqqından tutaraq. Onları bank qarşısında borcluluğu arandan qaldırmaq məqsədi ilə bankın hesabına köçürə bilərlər. Pulu tamamı ilə ödədikdən, zamin xərclənmiş pulu borcalandan tələb etməyə tam hüququna malikdir.

Borcalanın zərəri kompensasiya etməkdən imtina etdiyi təqdirdə zaminin həmin şəxsi, yəni borcalanı məhkəməyə verməyə tam hüququ vardır, o məhkəməyə müvafiq iddia ilə müraciət edə bilər, bu zaman onun mütəmadi olaraq, ödənişləri həyata keçirməsini təsdiqləyən sənədlər də lazım olacaqdır. Ödəniş qəbzlərini, həmçinin borcalandan kompensasiya tələbi ilə bağlı sifariş məktubunu məhkəməyə müraciət ərizəsinə əlavə etmək lazımdır.

Borc məbləği üzərinə əlavə edilən cərimələr, penyalar və digər komisyon haqları ilə ağırlaşdıqda hadisələrin təsvir olunmuş inkişaf ssenarisi daha da ağlamalı görünür. Bəs, zaminlik müqaviləsinin qeyri qanuni elan edilməsi mümkündürmü?

Məhkəmə belə bir qərar qəbul edə bilər, yalnız o halda ki, zamin kredit müqaviləsinin bütün şərtlərindən agah edilməyibsə. Zamin həmçinin kredit borcunun ödənməsi prosesində kredit müqaviləsinə müəyyən dəyişiklik edilibsə, zaminlik müqaviləsi ilə bağlı iddia qaldıra, onun qüvvədən düşməsini tələb edə bilər (faiz dərəcəsinin və ya ödəniş müddətlərinin dəyişdirilməsi). Əgər dəyişiklik zaminin xəbəri olmadan baş veribsə, o həmin müqaviləyə görə məsuliyyət daşımaqdan imtina edə bilər. Kredit müqaviləsinin şərtlərində bütün növ dəyişikliklər zaminlə yazılı formada razılaşdırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər