2018-ci ilin fevral ayında VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.
Bu barədə Banker.az-a Bankdan məlumat daxil olub.
Toplantının nəticələrinə görə, bankın Müşahidə şurasının tərkibi aşağıdakı qaydada təsdiqlənib:
– Bortnikov Denis Aleksandroviç, Müşahidə şurasının sədri
– Tsaryev Sergey Vladimiroviç, Müşahidə şurasının sədrinin müavini
– Popov Dmitriy Sergeyeviç, Müşahidə şurasının üzvü
Qeyd edək ki, hazırda Denis Bortnikov bank VTB (PSC)-nin prezidentinin-idarə heyətinin sədrinin müavini vəzifəsində çalışır, Sergey Tsaryev isə VTB (PSC)-nin idarəedici direktorudur.