Xəbər verdiyimiz kimi, 2018-ci ilin fevral ayında “Bank VTB (Azərbaycan)”ın səhmdarlarının növbədənkənar iclasında bankın Müşahidə şurasının yeni tərkibi barədə qərar qəbul edilib.
Banker.az-a daxil olan məlumata görə “VTB” bankının Azərbaycandakı törəməsində Müşahidə Şurasının üzvlərinin siyahısına M.Ş sədr müavini Rəşad Rəsullu və üzvü Qorxmaz Ağayev adları daxil edilməyib.
Qeyd edək ki, Rəşad Rəsullu 2013-cü ildən, Qorxmaz Ağayev isə 2016-cı ildən bu vəzifələrdə çalışırdılar.
Məlumata görə, “Bank VTB (Azərbaycan)”ın Müşahidə Şurasına 3 nəfər — Bortnikov Denis Aleksandroviç (M.Ş sədri), Tsaryev Vladimiroviç ( M.Ş sədrinin müavini) və Popov Dmitri (M.Ş üzvü) nəzarət edəcək.
Qeyd edək ki, bundan əvvəl bank Müşahidə Şurası 5 nəfərlə təmsil olunurdu.