Almaniyanın Maliyyə Nazirliyinin imzaladığı fərmana əsasən, bitcoin ödəniş vasitəsi olaraq qəbul edilib. Bu halda, kriptovalyuta ilə edilən alış-veriş üçün, BTC-nin əmlak hesab olunduğu ABŞ-dan fərqli olaraq, kapital axınına görə vergi tutulmayacaq.
Hökumət nümayəndələrinin verdiyi məlumata görə, kriptovalyutalar qanuni ödəniş vasitələrinə bərabər tutulacaq, çünki bu virtual valyutalar tranzaksiyada iştirak edənlər tərəfindən alternativ razılaşma və dərhal ödəniş üsulu kimi istifadə olunur.
RBK xatırladır ki, daha əvvəl Almaniyanın Mərkəzi Bankı bu sahənin beynəlxalq səviyyədə inkişafı üçün ciddi nəzarətə ehtiyacı olduğunu bildirmişdi. Təşkilatın direktoru Yoaxim Vürmelinqin (Joachim Wuermeling) sözlərinə görə, rəqəmsal valyuta “sərhədsiz” imkanlara malik olduğu üçün, onu tənzimləmək çətindir.