8 C
Baku
Friday, December 13, 2024

Mastercard və Facebook biznesə ödənişləri qəbul etməyə kömək edəcək

Biznes mobil ödənişlərə daha sürətlə keçə biləcək

Mastercard bəyan etmişdir ki, tezliklə Afrika və Asiyadakı kiçik bizneslər mobil ödənişlərin qəbulu üçün yeni imkanlar əldə edəcəklər. Mobile World Congress sərgisində elan olunmuşdur ki, bu imkanlar ilk olaraq Nigeriya üçün yaradılacaq, orada biznes sahiblərinə nağd əməliyyatlardan QR ödənişlərinə keçməyə kömək etmək üçün Mastercard yeni Masterpass QR botunu istifadəyə verib. Matercard-ın rəsmi maliyyə partnyorları Ecobank və Zenith Bank olacaq. Hər il Nigeriya istehlakçılarından biznes sektoruna 301 milyon ABŞ dolları daxil olur və bu ödənişlərin 98%-i nağd şəkildə həyata keçirilir.

Facebook-da Ödəniş və Maliyyə Xidmətləri şöbəsinin direktoru Kahina Van Dyke dünyanın müxtəlif brendləri və istehsalçılarının Facebook-un Messenger proqramı vasitəsilə məktublaşdığını bildirib. Xidmət hər ay 1,3 milyard insanı birləşdirir. Bununla əlaqədar olaraq, kiçik ticarətçilərə bizneslərini idarə etmək üçün məktublaşmağa və müştərilərlə əlaqə saxlamağa kömək etmək üçün Mastercard-ın xidməti məhz Messenger platformasında işləyib hazırladığı üçün şirkət çox şaddır.

Son xəbərlər
Digər xəbərlər