Problemli kreditlər üzrə ekspert (Bakı və regionlar)
Əsas vəzifə və öhdəliklər
- Bilavasitə özünə təhkim olunan portfeli yüksək keyfiyyətlə təqib edir və icraatında olan işlər üzrə görülmüş tədbirlərin qeydlərini aparır.
- Gecikən kredit borclarının ödənilməsinin təmin edilməsi istiqamətində qanunvericiliyə, bankdaxili korporativ aktlara və müştəri ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq tədbirlər görür.
- Müştəri, zamin və s. aidiyyatı şəxslərin ünvanlarına, iş yerlərinə xəbərdarlıqlar və bildirişlər göndərir.
Seçim meyarları
- Ali təhsil
- Kredit təhlili sahəsində təcrübə (mikrokredit təcrübəsi üstünlükdür)
- Səlis nitq qabiliyyəti
- İnandırma qabiliyyəti və məqsədyönlülük
- Azərbaycan dili biliyi – əla
- MS Office proqramlarında işləmək bacarığı
İş şərtləri
- İş yeri: Bakı, Şəki, Şirvan, Lənkəran, Gəncə, Xaçmaz filialları
- İş vaxtı: 5 iş günü, 09:00-18:00
“Müraciət et” düyməsindən istifadə edərək bu vakansiya üzrə seçimdə iştirak edə bilərsiniz. Müraciətinizi göndərdikdən sonra siz bu haqda təsdiq emaili alacaqsınız. Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.