ABŞ prezidenti Donald Tramp Çində dövlət başçısı vəzifəsin icrası müddətinə dair məhdudiyyətin aradan qaldırılmasını alqışlayıb.
ABŞ lideri bunun Amerikanın siyasi sistemində də tədbiq edilməsini təklif edib.
«Si Tszinpin ömürlük, daimi prezidentdir. Bunu təqdirə layiq hesab edirəm. Bəlkə bizə də bir zaman bunu etməyə dəyər », – deyə Tramp bildirib.
Xatırladaq ki, daha öncə Çin Kommunist Partiyası Konstitusiyaya düzəlişlər edilməsini və dövlət başçısının səlahiyyət müddətinin uzadılmasını təklif edib.