11 C
Baku
Monday, November 25, 2024

Made in China: nəyə görə hər şey Çində istehsal edilir?

Bəs siz nə vaxtsa düşünmüsünüzmü ki, nəyə görə Avropa və Amerikanın hi-tech müəssisələri öz istehsal güclərini kütləvi olaraq Çinə köçürürlər? Bu ölkənin özündə həm kəskin işsizlik probleminin yaranmasına, həm də sənaye sahəsinin tamamilə gücdən düşməsinə gətirib çıxarır. Bu adətən şirkətlərin qənaət etmək niyyətləri ilə izah edilir. Guya ki, Çində əmək haqqı cüzi həddədir və nəticədə istehsal prosesi ucuz başa gəlir.

Lakin özünüz düşünün, yüksək texnologiyalı gadget-in dəyərinin neçə faizi cüzi əmək haqqını təşkil edir. Həmçinin Çin yeganə ölkə deyil ki, orada əmək haqqı ən aşağı olsun.

Daha bir versiya var: guya çinlilər çox əməksevər və işinə qarşı daha məsuliyyətlidirlər. Bu da doğru deyil, kommunist təbliğatı ilə beyinləri pozulmuş çinlilər geri düşüncəli və tərifi sevəndirlər. Və əgər çubuq əlində onların başının üstündə dayanmasan işləyən deyillər. Məhz buna görə “Made in China” istehsalı olan məhsullar aşağı keyfiyyətlidir. Bu keyfiyyəti isə yalnızca sərt nəzarət sayəsində artırmaq mümkündür.

Bəs nəyə görə məhz Çin?

Məsələ isə bundadır: istənilən müasir yüksək texnologiyalı məhsulun istehsalında torpaqdan çıxarılan nadir metallardan istifadə edilir. Ümumilikdə iPad-də onların sayı 17-dir: planşetin litium-ion batareyası üçün lantan-dan, smart qapağın bərkidilməsi üçün yan maqnitlərdə neodimyum ərintisindən, şüşə ekranın cilalanması üçün kükürd oksidindən istifadə edilir.

Burada ən maraqlı məsələ ondadır ki, bütün dünyada əldə edilən nadir elementlərin 95-97%-i Çində həyata keçirilir. Çin nadir elementlərin xammal şəklində ölkədən idxal edilməsinə icazə vermir. Bu elementləri yalnızca Çində istehsal edilmiş hazır məhsul qismində ölkədən çıxarmaq mümkündür.

Bu da Çinin yüksək texnologiya istehsalında olan hökmranlığının izahıdır. Bəs dünya Çinin bu monopoliyaya sahib olmasına necə icazə verə bilərdi?! Amerikanın Molycorp və Avstraliyanın Lynascorp şirkəti yalnız bu yaxınlarda – 2012-ci ilin sonunda nadir elementləri özlərinin emal etmələri barədə qərar qəbul etmişlər. Bu da hələ ki, sadəcə olaraq bir planlaşdırılmadır.

Onlar metalın əldə edilməsinə nail olsalar belə, bu istehsal tələblərinə hec cür cavab verməyəcək: bir ildə nadir elementlərə olan tələbat 136 min tondan çoxdur və bütün bu tələbatı Çin öz əlində cəmləşdirib.

Bu səbəbdən də Qərbin Çini üstələmək üçün ən kiçik bir şansı belə yoxdur.

Son xəbərlər
Digər xəbərlər