10 C
Baku
Thursday, December 12, 2024

Qazaxıstan Mərkəzi Bankı uçot dərəcəsini ikinci dəfə azaldıb

Qazaxıstan Mərkəzi Bankı (QMB) bu gün keçirdiyi növbəti iclasında uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 9,5% səviyyəsində təsdiqləyib.

“Bloomberg” agentliyinə istinadən, bu barədə QMB məlumat yayıb.

Qeyd edək ki, analitiklər Mərkəzi Bankın faizləri dəyişdirməyəcəyini ehtimal edirdilər.

Məlumatda həmçinin bildirilir ki, uçot dərəcəsi +/-1% dəhlizində dalğalana biləcək.

“QMB 2018-ci ildə də neytral pul-kredit şərtlərini təmin etmək üçün uçot dərəcəsini azaltmaq siyasətini davam etdirəcək”, – QMB-dən bildirilib.

Qərardan sonra Qazaxıstanda dolların məzənnəsi 323 tenge səviyyəsindən 321-yə geriləyib. İlin əvvəlindən isə dolların məzənnəsi Qazaxıstanda 3,6% ucuzlaşıb.

Xatırladaq ki, yanvarın 5-də keçirilən son iclasda QMB uçot dərəcəsini 0,5 baza bəndi azaldıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər