10 C
Baku
Thursday, December 12, 2024

Depozit hərracının keçirilmə intensivliyinin azaltması bazara öz təsirini göstərib

Mərkəzi Bankın depozit hərracının keçirilmə intensivliyini azaltması öz təsirini göstərib.

Bu haqqda iqtisadçı ekspert Samir Əliyev məlumat verib. Onun sözlərinə görə, hərracda bankların tələbi təklifi 5 dəfəyədək üstələyərək tarixi rekord həddə olub və 1 milyard 133 milyon manatdan çox olub. Səbəb kreditləşməyə maraqlı olmayan bankların az da olsa daha etibarlı qazanc mənbəyinə üz tutmasına görədir. Milli valyutanın sabitliyi fonunda hərraclara tələb yüksək olaraq qalacaq və yeni rekordun olmasını da gözəmək olar. Ona görə də Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirməli (məsələn, 6%-ə), depozitin müddətini isə artırmalıdır (14 gündən 1 aya).

Hətta bu da çıxış yolu deyil. Problem fundamentaldır və real sektorda riskin yüksək olaraq qalmasından qaynaqlanır. Hökumət devalvasiya nəticələrinin törətdiyi fəsadları yenidən nəzərdə keçirməli, dollar krediti götürmüş əhaliyə kompensasiya verməlidir.

Son xəbərlər
Digər xəbərlər