6 C
Baku
Sunday, December 15, 2024

“Porsche” yeni buraxacağı avtomobillər “uça biləcək”

Almaniyanın məşhur “Porsche” avtomobil konserni hava yolu ilə insanların daşınması üçün pilotsuz aparatlar istehsal etməyi nəzərdən keçirir.

Bunu şirkətin satış üzrə direktoru Detlev fon Platen “Automobilwoche” dərgisinə müsahibəsində deyib.

Top menecer bildirib ki, bu tip dronlarla şirkətin baş ofisinin yerləşdiyi Ştutqartın Zuffenhauzen rayonundan şəhərin hava limanına 3,5 dəqiqəyə getmək olar. Hazırda isə avtomobillə bu yolu 30 dəqiqəyə getmək olur.

Artıq şirkət yaxın vaxtlarda yeni nəqliyyat vasitəsinin eskizlərini təqdim edəcək. Söhbət sərnişinlərin sərbəst idarə edə biləcəyi dronlardan gedir.

“”Porsche” avtomobilini siz özünüz idarə edirsiniz. Dronları da idarə edə bilərsiniz, özü də pilot lisenziyası lazım olmadan. Çünki aparat özü bir çox şeyi müstəqil yerinə yetirəcək”, – deyə Detlev fon Platen söyləyib. O, bu cür hava taksilərinin əhalinin sıx yaşadığı yerlərdə istifadəsini də mümkün sayıb.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər