Ümumi məlumat
Kapital Bank namizədləri İnsan Resurslarının İdarə edilməsi Departamentində Layihə Meneceri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
- Proseslərin qiymətləndirilməsi və inkişaf etdirilməsi daxil olmaqla İnsan Resurslarının İdarə Edilməsi üzrə layihə planlarının hazırlanması, yenilənməsi, koordinasiya və idarə edilməsi;
- İnsan Resurslarının İdarə edilməsi üzrə layihə qrupunun toplanılması, rolların müəyyənləşdirilməsi, tapşırıqların prioritetləşdirilməsi, nəticələrin təhlili, dəyişikliklərin test edilməsi, müvafiq həll yolları üçün təklif və qərarların verilməsi, nəticələrin aidiyyatı strukturlarla bölüşülməsi;
- Layihələrin idarə edilməsi istiqamətində tövsiyyə olunan proses dəyişiklikləri ilə bağlı heyət üzvləri və funksional rəhbərlərlə əməkdaşlığın qurulması;
- Dəyişikliklərin idarə olunması və kommunikasiyası istiqamətində əməkdaşlığın qurulması;
- Uğurlu təcrübənin təminatı kimi bilik, proses və texnologiyanın optimal şəkildə tətbiq edilməsi üçün tövsiyyələrin verilməsi.
Tələblər
- Ali təhsil;
- İnsan Resurslarının İdarə edilməsi üzrə geniş iş təcrübəsi;
- Əla ünsiyyət bacarıqları;
- Azərbaycan, rus və ingilis dillərində səlis ünsiyyət bacarığı;
- İstedadların İdarə Olunması, Fəaliyyətin Qiymətləndirilməsi və s. üzrə təcrübə arzuolunandır;
- Layihələrin idarə edilməsi üzrə təcrübə arzuolunandır.
CV-lərinizi, mövzu hissəsində “Layihə Meneceri” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.