22 C
Baku
Thursday, October 3, 2024

Fond: Ləğvetmə olunan bankların maliyyələşdirdiyi layihələr digər banklara ötürüləcək

“İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatlarından olmuş, hazırda ləğvetmə prosesində olan bankların maliyyələşdirdiyi layihələr digər banklara ötürüləcək”.

Bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bilidirib. Onun sözlərinə görə, bununla bağlı Fond Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fonduna müraciət edəcək.

“İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlıq edən banklardan biri olan “Dəmirbank”ın da maliyyələşdirdiyi layihələr olub. Artıq bir neçə bank SKMF-ə müraciət edib ki, “Dəmirbank”da maliyyələşən layihələr onlara ötürülsün. Biz bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatasına, eyni zamanda Əmanətlərin Sığortalanması fonduna həmin digər banklara keçirilməsi ilə əlaqədar müraciət edəcəyik”, -deyə Ş.Abdullayev əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər