“Fitch” Beynəlxalq Reytinq Agentliyi “Azərenerji” ASC-nin reytinq üzrə proqnozunu stabil üzrə proqnozlaşdırıb. Bu barədə Agentlikdən məlumat verilib.
Məlumata görə, bundan əlavə, “Fitch” emitentin uzunmüddətli defolt reytinqini “BB+”, qısamüddətli defolt reytinqini “B” səviyyəsində təsdiqləyib.
Agentlik hesab edir ki, dövlət bu vaxta qədər olduğu kimi, bundan sonra da “Azərenerji”yə dəstəyini davam etdirəcək: “2015-ci ilin sonunda imzalanan razılaşmaya əsasən, hökumət 2016-2025-ci illərdə də xarici borclar qarşısındakı öhdəlikləri yerinə yetirmək üçün “Azərenerji”yə ineksiya tədbirlərini davam etdirəcək”.
XATIRLATMA!
BB — kredit qabiliyyətinin kifayət etməyəcək səviyyəsi
B — kredit qabiliyyətinin çox kifayət etməyəcək səviyyəsi