Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
“Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 14.1-ci bəndinə “lombardlara” sözündən sonra “, valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərə” sözləri əlavə edilsin.” – deyə məlumatda deyilir.
Beləliklə, Maliyyə Bazarlarına Nəzarət Palatası bundan sonra “exchange”lərə lisenziyalarını yoxlayann dövlət orqanı olacaq.