10 C
Baku
Wednesday, December 11, 2024

İşə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis (HR) – AFBank

AFB Bank İnsan resursları departamentində işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis və baş mütəxəssis vəzifələrinə vakansiya elan edir.

 

Vəzifə: İnsan resursları departamenti – işə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)

Ünvan: Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi 112 (Mərkəzi ofis)

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 

  • Ali təhsili;
  • Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
  • 1 ildən 3 ilə qədər müvafiq sahədə minimum iş təcrübəsi;
  • MS office proqramlarını əla səviyyədə bilmək;
  • Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmaq.

 

İŞİN TƏSVİRİ:

  • Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
  • Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
  • Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
  • İşəqəbul hesabatlarını hazırlamaq;
  • Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
  • İşəqəbul testlərini həyata keçirtmək;
  • Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
  • Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “İşə qəbul üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

 

Son xəbərlər
Digər xəbərlər