Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılır.
Fərmanla “Azərbaycan Respublikasının Gənclər Fondunun Nizamnaməsi” təsdiq edilib.
Fərmana əsasən Fond “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun balansındakı dövlət əmlakı həmin Fondun balansına veriləcək.
Fərmanla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.