Xeyriyyə üzrə dünya rekordları qıran Bill və Melinda Gates əmindirlər ki, bəşəriyyət indi keçmişdəkindən daha yaxşı formada yaşayır. Bill Gates dünyanın hazırda daha yaxşı yaşamasına dair 8 əlamət təqdim edir.
1-ci əlamət. Dünyada yoxsulluqdan əziyyət çəkən insanların sayı 1990-cı il ilə müqayisədə iki qat azalmışdır.
2-ci əlamət. “Qara Afrikada” (Materikinin səhradan cənuba olan hissəsi) qadınların yaşam müddəti 1960-cı ildən 16 il artmışdır.
3-cü əlamət. Bu gün sürətlə inkişaf edən iqtisadiyyatların 10-dan 7-si Afrika ölkələrinin payına düşürt.
4-cü əlamət. 1970-ci ildən bu günə Afrikada məktəbə gedən uşaqların sayı iki qat artmışdır.
5-ci əlamət. ABŞ-ın büdcəsinin təqribən 1%-i beynəlxalq yardımlara xərclənir. Bununla yanaşı, amerikalılar belə hesab edirlər ki, onların büdcələrinin 25%-i başqa dövlətlərə sərf edilir.
6-cı əlamət. Ölkələrin əksəriyyətində uşaq ölümlərinin sayı azalmaqdadır. 1960-cı illərdə 20% uşaq 5 yaşına qədər yaşamaq şansına malik idi. İndi isə bu göstərici olduqca aşağıdır, 2035-ci ildə isə 1,6%-ə enəcək.
7-ci əlamət. 1960-cı ildən etibarən Çin, Hindistan və Braziliya kimi ölkələrdə adam başına düşən real gəlir 4-8 dəfə artmışdır.
8-ci əlamət. Uşaq ölümləri səbəbindən doğum halları da azalır. Buna görə də hazırda planetin əhalisi ilbəil daha yavaş sürətlə artır.