11 C
Baku
Tuesday, November 26, 2024

Novruz bayramı öncəsi Bankların nağd pul kreditləri şərtlərində baş verən dəyişikliklər

Bildiyimiz kimi, mart ayında bayram günlərinin sayı  digər aylara nisbətdə daha çoxdur. Bu bayramlar içərisində xüsusilə xalqımızın milli adət ənənələrini özündə əks etdirən Novruz bayramını fərqləndirmək olar. Bu bayram hər il olduğu kimi bu il də Banklarımızın diqqət mərkəzindən kənarda qalmadı. Öz müştərilərinə ikiqat bayram sevinci bəxş etmək məqsədilə banklar məhsul şərtlərinə, xüsusilə nağd pul krediti məhsulu üzrə şərtlərdə endirimlər etdilər.

Ümumiyyətlə son bir neçə ayda olan kredit bazarına nəzər salsaq müştəri uğrunda Bankların arasında amansız mübarizə getdiyinin şahidi olarıq. Ard – arda keçirilən kampaniyalar, kredit şərtlərində baş vermiş yüngülləşmələr əhalinin kreditə olan ehtiyacının ödənilməsinə xidmət edir. Son illərin durğunluğundan sonra bu hal sevindirici haldır. Xatırlayırsınızsa keçmiş məqalələrimizdə əhalinin banklara olan inamının artmasının nəticəsi kimi, əmanət qoyan müştərilərin sayının artmasını vurğulamışdıq. Bu proses qarşılıqlı xarakter aldı və Banklar da öz növbəsində müştərilərə qarşı loyallıq nümayiş etdirməyə başladılar. Demək olar ki, kredit bazarının əsas payçılarında kredit şərtləri çox yüngülləşdirilib: faizlər endirilir, müddət artırılır, məbləğ artırılır və s.

İndi isə məqaləmizin ən maraqlı hissəsi olan təhlil bölümü haqqında danışaq. Novruz bayramı öncəsi banklar həm kredit şərtlərində baş verən dəyişiklik, həm də keçirdiyi kampaniyalarla fərqlənməyə çalışır.

Kapital Bank – ölkənin ən geniş xidmət şəbəkəsinə malik olan və ən qədim tarixə malik bankı mart ayında müştərilərini aağıdakı şəkildə sevindirir:

  • 31 Mart 2018-ci il tarixinədək “İşiniz Başqa Bahara Qalmasın” devizi ilə kampaniya keçirən bank nağd pul krediti (gündəlik tələbat krediti) əldə edən bütün müştərilərinə kreditin illik faiz dərəcəsinə 4% endirim tətbiq edir.
  • Hər kəsə hər istəyə BİRKART” devizi altında bank Birkart kredit kart məhsulunun şərtinə dəyişiklik etdi və bu məhsulu yalnız özünün əmək haqqı və təqaüd kart sahibləri üçün deyil, bütün müştərilər üçün əlçatan etdi.

Unibank – Pərakəndə Bankçılıq Sektorunun liderlərindən olan bank fevral ayından başlayaraq “Sizin üçün olsun!” devizi ilə nağd pul krediti kampaniyası keçirir.Kampaniya 20 Mart 2018-ci il tarixinədək davam edəcək və kampaniya çərçivəsində təklif edilən güzəştlər aşağıdakılardan ibarətdir:

  • Kreditlər 3 aylıq güzəşt müddəti ilə verilir, yəni ilk 3 ayda müştərilər aylıq ödənişdə əsas borc hissəsini ödəməyəcək, əsas borcun ödənişinə dördüncü aydan başlayacaqlar.
  • Kreditin komissiyasına 50% endirim edilir.

Bank of Baku – Bank sektorunun innovatoru və “İLK”lərin bankı kimi tanınan bank müştəriləri üçün iki istiqamətdə yenilik edib:  həm kredit şərtləri yüngülləşdirilib həm də kredit kampaniyası elan edib. Belə ki,

  • Bir neçə aydır bankda davam edən və kreditlərin illik faiz dərəcəsinə 5% endirim tətbiq edilən kampaniya mart ayının sonunadək uzadılıb.
  • Kredit şərtlərinə aşağıdakı müsbət dəyişikliklər edilib:
  • Kreditin maksimal məbləği 10 000 AZN-dən 20 000 AZN-ə artırılıb.
  • Kreditin maksimal müddəti 36 aydan 48 aya artırlıb.
  • Son iş yerində staj tələbi 6 aydan 3 aya endirilib.
  • Minimal əmək haqqı tələbi ləğv edilib.

Bank Respublika – Son 3 ayda ard – arda nağd kredit kampaniyaları keçirən bankın Novruz bayramı münasibətilə keçirdiyi kampaniya fərqli formatdadır. “Bərəkətli Novruz” şüarı altında keçirilən kampaniya 12 Aprel 2018-ci il tarixinədək davam edəcək. Kampaniya çərçivəsində bankdan nağd pul krediti əldə edən müştərilərə kreditin dəyərini azaldacaq hansısa faiz və ya komissiya endirimi deyil, içərisində pul olan hədiyyə kartları təqdim edilir. Hədiyyə kartlarının növü premium kart olan “Mastercard Gold Lite” kartıdır və kartların nominalları 20 AZN / 50 AZN / 70 AZN / 100 AZN şəklindədir. Bu nominallar kredit məbləğindən asılı olaraq dəyişir. Belə ki,

  • Kreditin məbləği 3000 AZN-dək olduqda – 20 AZN lik hədiyyə kartı təqdim olunur.
  • Kreditin məbləği 3001 – 5000 AZN olduqda – 50 AZN lik hədiyyə kartı təqdim olunur.
  • Kreditin məbləği 5001 – 8000 AZN olduqda – 70 AZN lik hədiyyə kartı təqdim olunur.
  • Kreditin məbləği 8001 AZN  və daha çox olduqda – 100 AZN lik hədiyyə kartı təqdim olunur.

Müvafiq hədiyyə kartlarından ölkədaxilində istənilən POS terminal vasitəsilə alış-veriş etmək mümkündür. Bank müvafiq kampaniyanı bayram alış-verişi edən müştərilər üçün nəzərdə tutub.

AccesBank – Biznes kreditləşməsi ilə üzrə ölkənin ən qabaqcıl bankalrından biri bəlkə də birincisi olan bank Novruz bayramı öncəsi istehlak krediti götürən müştərilərini də yaddan çıxarmayıb.”PROBLEM DEYİL” şüarı altında kampaniya keçirən bank 19 Mart 2018-ci il tarixinədək nağd kredit əldə edən hər bir kəs kreditin illik faiz dərəcəsində 3%-dək endirim əldə edəcək. Bundan əlavə, 19 mart – 31 may tarixlərlərində nağd pul krediti götürən hər bir müştəriyə 100 günədək GÜZƏŞT MÜDDƏTİ verilir və kredit müddətinin son 100 günədək faiz məbləği HƏDİYYƏ edilir!

ExpressBank – Son illərdə özünün yeni məhsulları xüsusilə kart məhsulları ilə bazarda rəğbət qazanan bank Novruz bayramı öncəsi sərfəli nağd kredit kampaniyası elan edib. 1 – 31 Mart tarixlərini əhatə edən kampaniyada müştərilər kreditin illik faiz dərəcəsinə 8%-dək endirim əldə edirlər. Belə ki, kreditin müddətindən asılı olaraq faiz dərəcələri aşağıdakı şəkildə dəyişir:

  • Kreditin müddəti 12 ayadək olduqda – illik 20%
  • Kreditin müddəti 13 – 24 ay olduqda – illik 22%
  • Kreditin müddəti 25 – 36 ay olduqda – illik 24%

NBC Bank – Əsasən korporativ müştərilərlə əməliyyatlara üstünlük verən Bankın bayram öncəsi nağd istehlak krediti üzrə kampaniyası təqdirəlayiqdir. Belə ki, 10 000 AZN-dək mənbləğdə və 36 ay müddətinə təklif edilən nağd kreditlər illik 22%! dərəcəsi ilə verilir.Kampaniya mart ayının 31-dək davam edəcək.

Yapkredibank – Son dövrlərədək kredit bazarından uzaqda qalan bank cəlbedici şərtlərlə nağd kreditləri yenidən müştərilərə təqdim edir. Mart ayının əvvəli bank tərəfindən yeni kredit şərtləri ictimaiyyətə açıqlandı və onları aşağıda diqqətinizə çatdırırıq.

  • Zamin tələb edilmir.
  • Kreditin müddəti 36 ay təşkil edir.
  • İllik faiz dərəcəsi yeni müştərilər üzrə 24%, təkrar müştərilər üzrə isə 20% təşkil edir.
  • Kreditin komissiyası 1.5% təşkil edir.

Sonda isə banker.az monitorinq qrupu olaraq vurğulamaq istərdik ki, kredit bazarın hazırki vəziyyəti və təklif olunan şərtlər müsbət mənada təqdirəlayiqdir. Biz öz öhdəmizə düşəni etdik, bütün şərtləri Sizlər üçün bir arada topladıq. Banklar arasında seçim etmək isə Siz oxucularımızın öhdəsinə düşür☺…

Son xəbərlər
Digər xəbərlər